“Avropa İttifaqı öz missiyasına uyğun olaraq Ermənistanı ayrı-seçkilik etmədən insan hüquqlarına hörmət etməyə vadar etməlidir”-Deputatbackend

Mətbuatdan da xəbər verildiyi kimi, Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə məktub göndərmişdir. Öncə qetd etmək istərdim ki, QAİ fəaliyyətə başladığı qısa müddət ərzində bir neçə beynəlxalq təşkilatlara müraciət etmişdir. Göndərilmiş bu məktublarda indiki Ermənistan ərazisində on illiklərboyu tarixən orada yaşamış azərnaycanlılara qarşı törədilmiş bəşəri cinayətə diqqət çəkilmişdir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Millət vəkili bildirib ki,Məktubun mətni Qırbi Azərbaycan İcmasının Qərbi Azərbaycana Sülməramlı Qayıdış Konsepsiyası əsasında hazırlanmışdır.

“Konsepsiyada da göstərildiyi kimi, Ermənistandan qovulmuş hər bir azərbaycanlıların dinc, əmin-aman, sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtma haqqı var. Bu mənada Avropa İttifaqına ünvanlanmış müraciətdə də Avropanın bu nüfuzlu təşkilatının bu məsələdə İcmaya, Ermənistandan zorakılıq və məcburi olaraq qovulmuş, deportasiya olunmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaları üçün dəstək verilməsi xahiş edilir. Bununla bərabər məktubda Aİ-nin Ermənistandakı missiyasının ölkədən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi sahəsində müvafiq etimad quruculuğu tədbirlərinin həyata keçirməsi zəruri olduğu bildirilir. Bildiyimiz kimi, son vaxtlar Avropa İttifaqı Azərbaycan-Ermənistan arasındakı münasinətlərin normalaşması üçün çox ciddi səy göstərir. Bütövlükdə həm ölkə ictimaiyyəti, həm də Qərbi Azərbaycan ictimaiyyəti Avropa İttifaqının bu rolunu yüksək dəyərləndirir və davamlı sülhün bərqərar edilməsi üçün Ermənistandan zor gücü ilə qovulmuş azərbaycanlıların qayıtmalarına Aİ-nın dəstək verəcəyinə ümid etdiklərini bildirirlər. Məlumdur ki, erməni millətçiləri ən azı iki yüz ildir ki, Azərbaycan xalqına öz tarixi torpaqlarında-indiki Ermənistanda deportasiya, soyqırım və soyqırım cinayətləri törətmişlər. Bunun nəticəsidir ki, Ermənistan bu gün Avrasiyanın yeganə monoetnik ölkəsidir. Avropa İttifaqı öz missiyasına uyğun olaraq Ermənistanı heç bir etnik ayrı-seçkilik etmədən insan hüquqlarına hörmət etməyə vadar etməlidir. Uzun illərdir ki, indiki Ermənistandan deportasiya olunmuş Qərbi Azərbaycanlılar öz evlərini, doğmalarlnın uyuduğu qəbiristanlıqları , müqəddəs yerləri və mədəni abidlərini ziyarət edə bilmirlər. QAİ-nin göndərdiyi məktubda qeyd etdiyim bu problem və çağırışlat əks olunmuş və Avropa İttifaqının Ermənistandakı missiyasını bu həssas məsələri həll etməyə çağırdı”-deyə Millət vəkili qeyd edib.

Fərahim Rəhimov