Avropa İttifaqından Rusiyaya yeni sanksiyalarbackend

Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyaya qarşı altıncı sanksiyalar paketinin bu gün təqdim ediləcəyini açıqlayıb.

“Yeni Gundem” “UNİAN”a istinadən xəbər verir ki, sanksiyalar paketində Rusiyanın aparıcı banklarından olan “Sberbank” da Avropa İttifaqının yeni sanksiyalarına məruz qalacaq.

Sanksiyalar paketində həmçinin bir sıra Rusiya telekanallarının yayımına qadağaların tətbiq edilməsi də daxildir.

Bundan əlavə, Avropa Komissiyası Rusiya neftinin Aİ-yə bütün mümkün idxalını qadağan etməyi də təklif edəcək.