Avropa İttifaqının vasitəçiliyi süquta uğradı: Soçi görüşü niyə keçirilir? – AÇIQLAMAbackend

Oktyabrın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək və Rusiya İkinci Qarabağ müharibəsinin dayandırılmasında fəal rol oynadığını nəzərə alaraq sülh istiqamətində təşəbbüslərini davam etdirir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Politoloq İlyas Hüseynov deyib.

Politoloq Rusiya sülh təşəbbüsülərini ələ almağa çalışdığını, digər tərəfdən Cənubi Qafqaz uğurunda Avropa İttifaqı ilə mübarizə apardığını qeyd etdi.

“Lakin qeyd etmək lazımdır ki, Rusiyanın sülh istiqamətində təşəbbüslərinə alternativ olaraq Avropa İttifaqı da burada təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, sərhədlərin delimitasiyası işində vasitəçilik missiyasını üzərinə götürüb. Deməli, Brüssel formatında nəticəyə yönümlü bir sıra addımlar atılmışdı. Bu baxımdan Rusiya təşəbbüsləri ələ almağa çalışır. Eyni zamanda, xüsusilə qeyd etmək lazımdır ki, Rusiya Ukrayna müharibəsi fonunda Rusiyanın Cənubi Qafqazda mövqeləri bir qədər zəifləyib. Təkcə onu demək kifayətdir ki, 2022-ci ildə Brüssel formatında dörd görüş keçirilmişdir və bunun qarşılığında Rusiyanın vasitəçiliyi ilə ali səviyyədə heç bir görüş keçirilmədi və eyni zamanda hazırkı durumda Rusiya konkret tapşırıqları qarşısına qoyub və tərəflərlə Soçidə müzakirə edəcək.

Eyni zamanda baş verən proseslər ötən il olan hadisələri sanki təkrarlayır. Çünki ötən il də dekabrda gözlənilirdi ki, Avropa İttifaqının köməkliyi, Azərbaycan və Ermənistan lideri arasında görüş keçirilsin. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel öz sosial şəbəkə hesabında məlumat paylaşdı. Daha sonra isə biz Rusiya prezidentinin Soçidə görüş keçirməsi ilə qərarını müşahidə etdik və Rusiyanın vasitəçiliyi ilə bu günə kimi 10 noyabr 2022-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci iltarixində bəyanatlar imzalanıb və bu bəyanatların bəziləri bəzi maddələri yerinə yetirilməmiş qalır. Xüsusilə qeyd etmək lazımdır ki, 10 noyabr bəyanatının dördüncü bəndi yerinə yetirilməyib və bu bəndə görə Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri Qarabağ iqtisadi rayonunu tərk etməlidirlər. Təəssüflər olsun ki, artıq iki il keçməsinə baxmayaraq, bu, hələ də Azərbaycan ərazisində qalmaqdadır.

Digər tərəfdən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin olunması istiqamətində Zəngəzur dəhlizi açılmayıb və bu, ən problematik mövzulardır. Digər tərəfdən, dəmir yolu istiqamətində əgər marşrut müəyyənləşdirilibsə hələ də Ermənistan avtomobil yolunun çəkilməsi ilə bağlı marşrutu dəqiqləşdirmir, hətta bunun iqtisadi texniki əsaslandırılmasını da həyata keçirməyib. Digər tərəfdən, Praqa görüşünün nəticəsinə uyğun olaraq Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı. Lakin hələ də Ermənistanın dövlət büdcəsindən separatçı quruma maliyyə vəsaiti ayrılır. Hətta Soçi görüşü öncəsi yeni maliyyə vəsaitinin ayrılması İrəvanın bu qərarı mənə elə gəlir ki, Soçi görüşünün də əsas müzakirə mövzusu olacaq. Ona görə də tərəflər arasında dialoq hər zaman təqdir olunur. Lakin biz nəzərə almalıyıq ki, Cənubi Qafqaz uğrunda Avropa İttifaqı ilə Rusiya mübarizə aparır.

Ukrayna cəbhəsində bu mübarizə qanlı müharibələrlə, faciələrlə, fəlakətlərlə müşahidə olunur. Ona görə də düşünürəm ki, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsinə böyük ehtiyac vardır. Çox spesifik bir regiondur və burada Rusiyanın öz maraqları var və bu maraqların bərpa olunmasına çalışacaq. Azərbaycanın da qırmızı cizgiləri, ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı və sərhədlərin delimitasiyası, eləcə də Zəngəzur dəhlizi kontekstində sülh müqaviləsinin imzalanmasıdır. İran bu məsələdə israrlıdır və eyni zamanda status məsələsi ilə bağlı məsələ də qapalı olduğunu artıq Azərbaycan tərəfi rəsmi şəkildə bəyan etmişdir.

Qarabağ iqtisadi rayonunda yaşayan etnik ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdır və onlarla kommunikasiyaların həyata keçirilməsi, mexanizmlərin formalaşması, sosial, iqtisadi proqramların və layihələrin icrası yalnız Azərbaycanın daxili işidir. Daxili rezeksiyamıza aiddir və bu məsələlər yalnız Bakıdan idarə oluna bilər. Bu, Azərbaycan üçün artıq məlumdur və tərəflər də bu mövqeyini qəbul etməlidirlər.”

Fərahim RƏHİMOV

Yenigundem.az