Avropa Komissiyası: Müharibə başlayandan 100 mindən çox ukraynalı hərbçinin həlak olduğu təxmin edilirbackend

Ukrayna müharibə başlayandan 100 mindən çox hərbçisini itirib.

“Yeni Gundem” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen videomüraciətində deyib.

O, Rusiyanın törətdiyi cinayətlərin bədəlini ödəməli olduğunu vurğulayıb: “Rusiyanın Ukraynanı işğal etməsi ölümə, dağıntılara, sözlə deyilə bilməyən əzablara səbəb olub. Biz hamımız Buça dəhşətlərini xatırlayırıq. Bu vaxtadək 20 mindən çox mülki şəxsin və 100 mindən çox ukraynalı hərbçinin həlak olduğu təxmin edilir. Rusiya bu dəhşətli cinayətlərin bədəlini ödəməlidir”.

APA