Avropa Şurası yanında bir qrup səfir Ağdama səfər etdibackend

Avropa Şurası yanında bir qrup səfir Ağdama səfər edib.

“Yeni Gündəm” xəbər verir ki, bu haqda Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.

“Avropa Şurası yaninda bir qrup səfirlərdən ibarət nümayəndə heyətinin Ağdama səfəri baş tutub. Qonaqlar Ağdamda erməni vandalizminin qurbanı olan tarixi abidələrlə tanış olub, onlara yenidənqurma işləri və gələcək planlar haqda məlumat verilib”,- Emin Hüseynov qeyd edib.