Avropada ilk dəfə olaraq “menstruasiya məzuniyyəti” qanuni olaraq tətbiq edilirbackend

İspaniyada qadınlar aybaşı dövründə ayda üç gün, bəzi hallarda isə beş gün istirahət edə biləcək.

“Yeni Gündəm” “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, qanun layihəsi qüvvəyə minərsə, Avropanın bir ölkəsində ilk dəfə olaraq “menstruasiya məzuniyyəti dövrü” qanuni olaraq təmin ediləcək. Qanun layihəsinin gələn həftə Nazirlər Kabinetinə təqdim ediləcəyi gözlənilir.

Qanun layihəsinə görə, aybaşı məzuniyyəti həkim rəyi ilə etibarlı olacaq və həyati təhlükəsi olan ağrılara görə beş günə qədər davam edə bilər. Yüngül menstruasiya əlamətləri olan qadınlar isə qanundan yararlana bilməyəcəklər.

“El Pais” qəzetininin məlumatına görə, bu qanundan sonra menstruasiya əlamətlərinə yanaşma dəyişəcək. Qanuna əsasən qadınların özəl günlərində istifadə etdiyi xüsusi vasitələr əlavə dəyər vergisindən azad olunacaq. Eyni zamanda, da məktəblərdə və həbsxanalarda pulsuz paylanacaq.