Avropanı üşütdürən yeni müharibə – ŞƏRHbackend

Rusiya-Qərb müharibəsi yeni mərhələsinə qədəm qoydu. Bu dəfəki başlanğıc biraz fərqli aspektdən oldu.Bu heçdə ilk olmadı, Rusiya yaranacaq vəziyyəti əvvəlcədən dəfələrlə vurğulamışdı. Beləliklə sentyabrın 27 də Rusiyadan Avropaya çəkilən əsas qaz kəməri: ”Şimal axını”və “Şimal axını-2” eyni vaxtda 3 yerdən sızdı. Rusiya 1 ilə yaxındırki, Avropanı qaz ilə təhdid edir. Güclü siqnallar, siyasi mesajlar, həmçinin rəsmi şəkildə xəbərdarlıq edirdi. Əlbəttə tarixi adət ənənəyə uyğun olaraq, Rusiya hansısa yolla Qərblə qisas savaşına onsuzda girəcəkdi.Əlində sıx tutduğu qaz kəmərini bu yolda məharətlə istifadə etmək, siyasətindən heç də yan keçmədi. Rusiya Ukraynaya ilə savaşa girməklə bir növ Qərbin toruna düşmüşdü axı. Tətbiq edilən hər tərəfli sanskiyalar, qoyulan qadağalar, bir sözlə cürəsi aləmi əhatə edən sıxışdırmalar Rusiyanı hirsli saxlaya bilməzdi.Tərəflər, yəni Rusiya və Avropa enerji müharibəsinin yeni mərhələsinə cari ilin iyunun 15 də başlayıb.Həmin gün Avropaya qaz nəqlində problemlər yaranmağa başladı.Rəsmi Moskova isə “Qazprom” un “Şimal axını” vasitəsi ilə qaz tədarükünün azaltmasını heç bir siyasi xarakter daşımamasını, yanlız texniki səbəblərə görə baş verdiyini açıqladı.Hələ hadisələ bununla bitmir, elə cari ilin iyulun 11- də gündəmi belə bir xəbər bürüdüki, Rusiya Avropaya gedən magistral qaz kəmərini bağlayıb. Əlbəttə bu xəbər Qərbi Avropanı mülayim davam etdirə bilməzdi. Çünki Avropa Rusiya qazından istifadə etməsə nəbzi işləməz. Baxmayaraq ki, Avropa dəfələrlə bəyan edib ki:”Mənə Rusiyanın qazı lazım deyil “.

Gülüşlər artır, yaxşı lazım deyilsə niyə narahatsan?!

Rusiya dəfələrlə Avropanı dialoqa çağırdı. Əlaqəsiz olduğunu görən Kreml enerji sahəsində atom bombasındam istifadə etməyə başladı.nBelə demək mümkünsə Rusiya qaz vasitəsi ilə Avropanı qaz etməyə başlayıb.

Müşahidə ediriksə, hadisələr mərkəzi xəttlə davam edir. Maraqlısı odur ki, ”Şimal axını” qırıntısı Avropada istilik mövsümünün başlanması ərəfəsində baş oldu. Eyni zamanda hadisə Avropa üçün yeni enerji imkanları açacaq açılışda baş verdi. Beləliklə elə bu yaxınlarda Norveçdən Polşaya alternativ sualtı qaz kəmərinin açılışı oldu.Sözsüz ki, bu lahiyə Baltik dənizi ilə eyni sektorda yerləşir. Ziddiyyətlər həmişəki kimi çoxluq təşkil edir. Rusiya olan məkandada belə halların olması gözləniləndir.

İndi isə keçək hadisənin özünə .

Qərbi Avropa həyəcanlar içində boğulur.nHər halda çox yaxşı bilirik ki, sualtı qaz kəmərləri qırılmır, qırılsada bu vəziyyət nadir hallarda yarana bilir. Avropada bunu anlamayacaq qədər cahil deyil.nSızıntılardan dərhal sonra Norveç, Danimarka, Polşa qəti narahatlıqlarını bəyənatları ilə ifadə ediblər .İlk narahat olan Polşa oldu. Ölkənin Baş Naziri Moravetski belə bir açıqlama verdi:”Bu gün biz təxribatla üzləşmişik . Təfərrüatlar hələ məlum deyil ,lakin aydındır ki,təxribat olub ,bu Ukraynada müharibənin qızışdırılmasında yeni addım demək ola bilər “

Danimarkanında ehtiyatlı açıqlamaları narahatlığını ifadə etdi.Hələ hadisə çox yenidir, yeni fəsadların olacağı ehtimalınıda gizlətmir.

Fərahim RƏHİMOV

Yenigundem.az