“Avrora” şirkətinə daha bir cərimə protokolu yazıldıbackend

“Avrora” MMC-yə daha bir cərimə protokolu yazılıb.

“Yeni Gündəm” xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Fərid Əmirəliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Daha əvvəl şirkət barəsində eyni xətai ilə bağlı bir neçə cərimə protokolu yazılmışdı.