Avstraliyada meşə yanğınları – Yüzlərlə insan evakuasiya edildibackend

Avstraliyanın qərbindəki meşə yanğınları səbəbindən yüzlərlə insan təxliyyə edilib, 70-dən çox ev dağılıb.

“Yeni Gündəm” “RİA Novosti”yə istinadən xəbər verir ki, Pert şəhərinin ətrafında başlayan yanğın radiusu 100 kilometr olan bir ərazini əhatə edir. Yanğın sahəsinin isə 10 min hektar olduğu bildirilib.

Təxminən 300 yanğınsöndürən yanğınla mübarizə aparır, əraziyə həmçinin yanğınsöndürən təyyarələr cəlb edilib.

1300-dən çox şirkət və ev yanğın səbəbindən elektrik enerjisiz qalıb.

Sinoptiklər bölgədə güclü küləklərin davam edəcəyini, bunun da öz növbəsində yanğınların söndürülməsini çətinləşdirəcəyini proqnozlaşdırırlar. Polis yanğının mümkün səbəbləri ilə əlaqədar istintaq başladıb. İlkin məlumatlara görə, yanğınların cinayət xarakterli olduğu hələ müəyyən edilməyib.Qafqazinfo