Avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcəkbackend

İxtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsi ilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

“Yeni Gündəm”-in məlumatına görə, bu, “Nağdsız hesablaşmalar haqqında” qanun təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.