Avtomobil sığortası ilə bağlı mühüm dəyişiklik – VİDEObackend

Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı mühüm dəyişiklik qüvvəyə minir.

ARB TV-nin hazırladığı sujetdə bildirilib ki, noyabrın 1-dən etibarən yol-nəqliyyat hadisələri zamanı zərərçəkən sürücülər usta seçimi kimi, sığorta şirkətini də özü müəyyən edə biləcək. Vətəndaş rahat sığorta təminatı almaq ümidi ilə daha yaxşı sığorta şirkətini seçəcək. Burada zərərçəkən şəxsin şirkəti həmin təqsirkar sürücünün şirkətindən müştərisinə ödədiyi vəsaiti geri alacaq.

Qeyd olunub ki, mövcud dəyişiklik yalnız nəqliyyat vasitələrinə dəyən zərəri nəzərdə tutur. Qəza zamanı sağlamlığa və ya yol infrastrukturuna vurulan ziyan bu məsələdən kənarda qalır.