Avtomobillərində konstruksiya dəyişikliyi edən sürücülər cərimələnib – FOTObackend

Zaqatalada avtomobillərində konstruksiya dəyişikliyi edən sürücülər cərimələnib.

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan ”Yeni Gündəm”-ə verilən məlumata görə, gecə saatlarında hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən sürücülərin avtomobilləri saxlanılaraq onların müvəqqəti duracağa gətirilməsi təmin edilib. Polis əməkdaşları qayda pozuntusuna yol verən həmin şəxslərlə profilaktik söhbətlər aparıb.
Yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini onların diqqətinə çatdırıblar və barələrində qanunamüvafiq tədbir görülərək inzibati məsuliyyətə cəlb olunublar.