AYB-nin qurultayının vaxtı məlum oldubackend

Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının vaxtı məlum olub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə AYB sədri, Xalq yazıçısı Anar məlumat verib. Onun sözlərinə görə, qurultay sentyabrın 30-da keçiriləcək.

Qurultayın keçiriləcəyi yerə gəlincə, Anar bildirib ki, bu barədə hələlik dəqiq qərar yoxdur.

APA