Aybəniz Haşımova: “Kimsə gizlənib, irəli kasıbın balasını verəcəksə, bu olmayacaq”backend

“Torpaqları işğaldan azad etmək əlbəttə, asan deyil. Deyirlər ki, “torpaq uğrunda ölən varsa, vətəndir”

Bunu Qarabağ döyüşlərində həyat yoldaşı şəhid olan Əməkdar artist Aybəniz Haşımova deyib. Sənətçi hamımızın bir nəfər kimi səfərbər olmağımızın vacibliyini vurğulayıb:

“Ermənilərə sözüm odur ki, inşallah biz Qarabağı geri alacağıq. Bu həm də mənim ən böyük arzumdur. Torpaqları işğaldan azad etmək əlbəttə, asan deyil. Deyirlər ki, “torpaq uğrunda ölən varsa, vətəndir”. Təbii ki, şəhidlərimiz də olacaq, müharibə itkisiz olmur. Yaxşı ki, kişi qeyrətli oğullarımız, dağ kimi söykənəcəyim igidlərimiz var, amma yaxşı olar ki, hamı səfərbər olsun. Yəni kimsə puluna güvənib gizlənməsin, torpağı qorumaq hamının borcudur. Əgər torpağı qoruyuruqsa, hamımız müharibəyə getməliyik. Yox əgər kimsə gizlənib, irəli kasıbın balasını verəcəksə, bu olmayacaq. Kimin imkanı var arxa cəbhədə, kimin də gücü çatır ön cəbhədə olsun. Amma gərək heç kəs çağırışdan yayınmasın. Əlbəttə, onda torpağımız işğaldan azad ediləcək və bayrağımız da Qarabağda sancılacaq”.Moderator