Aydın Axundov : “Sumqayıt məhkəmə binası ədalət mühakiməsində obyektivliyə səbəb olacaq”backend

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət heyyətinin sədr müavini Aydın Axundov mətbuata ,Sumqayıt məhkəmə kompleksinin vəkillərə və məhkəmə prosseslərinə verəcəyi tövhələrdən danışıb.

Yeni Gündəm “xəbər verir ki , o açıqlamasında bildirib ki, möhtərəm cənab İlham Əliyevin verdiyi fərmanlardan sonra, bütün Sumqayıt məhkəmələrinin yerləşdiyi möhtəşəm məhkəmə binası vəkilliyin inkişafına da böyük tövhə verəcək.

Vəkillərin məhkəmə prosseslərini rahat şəkildə həyata keçirməsi üçün müasir dövrün tələblərinə uyğun ayrıca otaqlar nəzərdə tutulub .Bu da aydın məsələdir ki ,ədalət mühakiməsinin obyektiv şəkildə həyata keçirilməsinə, ümumiyyətlə məhkəmə sistemində müsbət nəticələrə səbəb olacaq .

Ədalət mühakiməsinin məhz fərmanlara uyğun yerinə yetirilməsində bu tip binalara ehtiyyac var.”

Yenigundem.az

Ayşən Rəhim