Aydın Quliyev “Şərəf” Ordeni ilə təltif edildibackend

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, publisist, “Bakı-Xəbər” qəzetinin təsisçisi və baş redaktoru Aydın Quliyev Ukryna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Şərəf” ordeni ilə təltif edildi. Bu barədə Kiyevdən, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) İnformasiya Departamentindən mətbuata bildiriblər.

19 iyul 2020-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UTMŞ) Sədri Daşqın Gülməmmədov, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, publisist, “Bakı-Xəbər” qəzetinin Baş redaktoru Aydın Alqulu oğlu Quliyevin, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının“Şərəf” ordeni ilə təltif edilməsi barədə əmr imzalayıb.
Sənəddə qeyd edilir ki, “Aydın Alqulu oğlu Quliyev 60 illik yubileyi münasibəti ilə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Şərəf” ordeni ilə təltif edilsin”.