Aydın Talıbovun rəhbərlik etdiyi “Araz Supermarket” alıcıları aldadıb – MƏHKƏMƏ QƏRARIbackend

Yasamal Rayon Məhkəməsində “Araz Supermarket” MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

“Yeni Gundem”-in məlumatına görə, hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, inzibati tənbeh tətbiq edilib, yəni şirkətə cərimə kəsilib.

Qeyd edək ki, “Araz Supermarket” MMC-nin barəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Qeyd: Supermarket tanınmış iş adamı Aydın Veysəloğlu Talıbovun rəhbərlik etdiyi “Veysəloğlu” şirkətlər qrupuna daxildir.