Aygün Kazımova intihara cəhdi haqqında: “Möcüzəvi şəkildə qurtuldum” – VİDEObackend

“ATV maqazin onlarla” proqramının “33 sual” rubrikasında qonaq olan Xalq artisti Aygün Kazımova intihara cəhd etdiyini bildirib.

“Yeni Gündəm” xəbər verir ki, A.Kazımova intihar səbəbini deməsə də, belə bir addım atmaq istədiyini dilə gətirib.

“Möcüzəvi şəkildə qurtuldum. İstəmirəm bu haqda danışaq, amma olub”.

Daha sonra ulduz xanımlardan sevgi etirafı aldığını bildirib:

“Məni xanımlar daha çox sevir, sevgi etirafları edir, mesajlar yazırlar. Deyirlər ki, siz bizim həyatda stimulumuzsunuz. Sizi görəndə yaşamaq, durub, geyinib, evdən çıxmaq istəyirik. Kişilər də məni çox sevir. Amma etiraf etməyə qorxurlar. Nə zəmanəyə gəldik ki, kişilər qorxaqlaşdı. Kişi olsaydım, qadını sevsəydim, etiraf edərdim. Necə olar, qadını sevəsən və gizli saxlayasan. Sevib daxilində saxlamaq necə ola bilər? Güclü qadınam, kişi mənimlə dost olmaq istəyirsə, mütləq güclü olmalıdır. Səhnədə başqayam, sevgidə başqa. Məni səhv anlayırsınız. Sevgidə quzu kimiyəm. Səhnədə şah, padşah, sahibkaram. Amma gecə həyatını sevmirəm, əyləncələrdə olmuram. Bunların hamısı səhnədə baş verir”.