Aygün Kazımova və Miri Yusifdən “İcazəli Sevgi”backend

Xalq artistləri Aygün Kazımova və Miri Yusif yeni duetlərini təqdim ediblər.

“Yeni Gündəm” xəbər verir ki, İcazəli adlanan mahnı, ifaçıların sayca üçüncü duetidir. Onlar daha əvvəl “Petrol” və “Bağışla” adlı mahnıları birlikdə ifa etmişdilər. Xalq artisti Miri Yusifin rəsmi youtube kanalında yayımlanan mahnının musiqisi Fərid Aqa, sözləri Fərid Aqa və Kamal Kqb tərəfindən yazılıb. Layihə hər iki sənətçi ilə çalışan SS production tərəfindən həyata keçirilib.