Aygün Kazımovadan əsgərlərə məktub – VİDEObackend

Xalq artisti Aygün Kazımova qələbə münasibəti ilə əsgərlərimizə məktub göndərib.

“Yeni Gündəm” xəbər verir ki, o, İnstaqramda video paylaşaraq bu sözləri qeyd edib:

“İgid və qəhrəman əsgərlərimizə yazdığım məktub ünvanına çatdı. Həm məktubum yetişdi, həm də arzularım həyata keçdi. Qələbə bizimdir, zəfərlərimiz mübarək olsun! Yaşasın müzəffər ordumuz! Tanrı sizi qorusun, əziz qardaşlarım”.