“Aylarla məktublar gedir, ancaq dərmanlar yoxdur.” – Deputatbackend

Mən dəfələrlə, plenar iclasda, komitə iclaslarında dərmanların qıtlığı qalsın bir tərəfə, piştaxtaların apteklərdə olmaması barəsində çıxış eləmişəm. Bir vaxt adrenalin oldu, fizrastvor oldu. Sonra kardio aspirin, oldu. İndi yeni dərmanlar da iki cür olur. Uşaqlar üçün qızdırmanı aşağı salan dərmanlardır. Mənə də həkimlər müraciət ediblər.Onların adlarını düz yazmaq üçün rus dilində müraciətdir.Əsas dərmanların təsdiq edilmiş siyahısı var…Bunların heç birinin olmamasına görə müəyyən bir idarə və xüsusən də bəzi vəzifəli şəxslər şəxsi cinayət məsuliyyəti daşımalıdırlar…Son günlərdə uşaq ağrıkəsiciləri və qızdırmasalıcı dərmanlar rəflərdən praktiki olaraq yoxa çıxdı:Onlardan yalnız 2-si var: parasetamol və ibuprofen.Parasetamol bizim tərəfimizdən Panadol və Tylol ticarət adları ilə satılıb.
İbuprofen Nurofen və Ibufen ticarət adları altında bazara çıxarıldı.Hər şey yoxa çıxdı…bu fövqəladə vəziyyətdir…hətta Afrikada bunu təsəvvür etmək mümkün deyil…Nəinki həbsdə olan yoxdu, bir məmur da çıxıb xalqdan üzr istəmədi….

Bu fikirləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev bildirib.

Millət vəkilinin sözlərinə görə o, məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib.
“Mən rəsmi formada Səhiyyə Nazirliyindən və aldığım məlumata görə TƏBİB, bu işlə məşğuldur. Yəni onlar planlaşdırırlar, ya səhiyyə naziri idi, ya təbib, ya bir yerdədirlər. Mənə də maraqlıdır, hansı məmur bununla əlaqədar, məsuliyyət daşıyır və o bunlar müharibəyə görə gəlmirlər, Rusiyadan Ukraynadan gəlirdi və sair. Bunların hamısını anladıq. Müharibə doqquz ay gedir.Mən düşünürəm ki, bəs doqquz ay gedirsə, bundan sonra da ola bilər. Bir doqquz ay da getdi. Allah eləsin, tez qurtarsın. Ordakı tələfat, insanlar əziyyət, dünya iqtisadiyyatında olan problemlər. Amma bu dərmanlar olmalıdır.Hava kimi su kimi vacib olan dərmanlardır. Ona görə mən məktub da yazacam. Çıxış eliyəcəm və mən eşitmək istəyirəm hansı departament, hansı məmur buna cavabdehdi. Qoy mənə müraciət eləsin. Milli Məclisin millət vəkili Rüfət Quliyevə və yazsın ki, biz bu dərmanları gətirə bilmirik. Gətirə bilmirsə, biz müraciət edək.Türkiyə parlamentindən xahiş eləyək, oradakı millət vəkilləri müraciət eləsin, ordan dərmanları göndərsinlər. Buradakı, şirkətlər, dərman gətirən şirkətlər, farmakologiya ilə məşğul olan şirkətlər dərmanları qəbul eləsinlər və yaxud bunlarla , kontakt yaradaq, alıb gətirsinlər. Bu, ağla batmır, məntiqsizdir. Bilmirəm başqa ağır sözlər demək istəmirəm. Necə ola bilər ki, aylarla məktublar, gedir ancaq, dərmanlar yoxdur.”
Rüfət Quliyev orta məktəblərdə psixoloqların olmamasındanda danışdı:
“Məktəblərdə, orta məktəblərin özündə texnikumlarda,Ali məktəblərdə müəyyən bir psixoloqlar olmalıdır. Bu psixoloqlar dərs keçməlidir, suallara cavab verməlidir. Bu, belə bir çətin məsələ deyil. Amma bunların olmağı labüddür. Lazımdı. Yəni bunsuz görürsünüz, çətindir və yaxud da orada psixoloqun kabineti olmalıdır. İndi o necə əlaqə saxlayacaq? Bizim insanların , ənənəsində psixoloqun yanına getmək bir o qədər də üstün deyil, dərs formasında keçməlidir. Müəyyən fakultativ dərslər keçirilməlidir, məsləhətlər, konsultasiyalar verilməlidir.”

Fərahim Rəhimov