Ayrılmaqları barədə söz-söhbətə son qoydularbackend

Aktyor cütlük Ülviyyə Xəlilbəyli və Murad İsmayıl ayrıldıqları ilə bağlı söz-söhbətə son qoyub.

OLAY yazır ki, Murad Ülviyyənin ötən gün baş tutan ad günü partisinə qatılıb. Paytaxtdakı restoranlardan birində keçirilən məclisdə həm də Xəlilbəylinin sənət dostları, yaxınları və bir neçə influenser iştirak edib.

Qeyd edək ki, Ülviyyənin bir müddət əvvəl yazdığı statuslar onların boşanma şayələrinin yayılmasına səbəb olmuşdu.