Aysundan şok açıqlama: Ərimin bir qızı var – VİDEObackend
“Eşqin məndən öncə rus qızla ailəli olub. Bu nikahdan onların bir qız övladı var”.
“Yeni Gündəm” xəbər verir ki, bu fikirləri yeni ailə quran müğənni Aysun İsmayılova prodüser və aparıcı Tarix Əliyevin “Səmimi” layihəsində qonaq olarkən danışıb. O, həyat yoldaşının qızı ilə görüşdüyünü də etiraf edib:
“Dünya gözəli qızı var. Məni onunla tanış edib. Şəhərə gəzməyə də çıxmışıq. Ona hədiyyələr də alıram. Birinci xanımından ayrıldıqdan 4 il sonra mənimlə ailə qurub. Eşqinə də demişəm o qız onun yox, bizim övladımızdır. Onu qəbul etməyə hazıram”.