Aysunla Eşqin ayrılıb?backend

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova son günlər sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkib.

“Yeni Gundem”verir ki, Aysunun ayrılıq paylaşımları onun həyat yoldaşı Eşqin Cəlilovla boşanmağa hazırlaşması məlumatlarının yayılmasına səbəb olub.

Bu gün isə Aysun “Kitabın son səhifəsi belə bitirdi: O, ilk gördüyü, tanıdığı, güvəndiyi, sevdiyi insan deyildi artıq. Sevən yanılmış, sevilən yad olmuşdu” sözlərini yayımlayıb.

İfaçı daha sonra “Artıq çox şey üçün çox gec” sözlərini yayımlayıb.

Bu günlərdə onları birlikdə verilişə dəvət ediblər. Amma Aysun və Eşqin birlikdə proqrama qatılmaqdan imtina ediblər.

Eyni zamanda Aysun Eşqini izləmədən çıxarıb və birlikdə olan fotolarını silib. Eşqin də eyni addımı atıb.

Qeyd edək ki, Aysun və Eşqinin toyu iyunda olub.

Axşam.az