Ayvazyan Moskvaya səfərə gedirbackend

Ermənistan xarici işlər naziri Ara Ayvazyan fevralın 17-də Rusiyaya işgüzar səfər edəcək.

Bu barədə “Yeni Gündəm” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Onun rusiyalı həmkarı Sergey Lavrovla görüşü planlaşdırılıb.

Xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli, regional və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə edəcəklər.