“Az-Granata”da nə baş verir?backend

Şadlıq evlərinin, restoranların bağlı olması, eləcə də əhali arasında istehlak qabiliyyətinin aşağı düşməsi “Az-Granata” MMC-nin məhsullarının anbarlarda yığılıb qalmasına səbəb olub.

“Yeni Gündəm”-in xəbərinə görə, şirkətin məhsullarının alıcılıq qabiliyyətinin hədsiz aşağı düşməsinin bir səbəbi pandemiya ilə bağlıdırsa, digər səbəbi də müəssisənin məhsullarının qiymət baxımından yerli rəqabətdə uduzmasıdır.

Məlumatlı mənbənin verdiyi məlumata görə, hələ ötən il rəhbərlik zavodda ixtisarlar həyata keçirmək istəyirmiş.

İxtisarlar və işçi dəyişiklikləri müəssisənin satış şöbələrində həyata keçirilsə də, istehsal müəssisəsində bu, baş verməyib. Əvəzində işçilərə pulsuz verilən yemək payları kəsilib. Amma yemək payından əldə olunan qənaət də “Az-Granata”nı iflasdan qurtara bilməyib.

Cənubi Qafqazda ən böyük spirtli içki və şirə emalı zavodu kütləvi ixtisarlara hazırlaşır. İxtisarlara bu gündən başlanacağı vurğulanır. Yüzlərlə işçinin ixtisar olunacağının səbəbi kimi müəssisənin məhsullarını sata bilməməsi göstərilir.

Ölkə Prezidenti İlham Əliyev cənablarının bütün müəssisə, zavod, şirkət rəhbərlərinə “Pandemiya dövründə işçiləri ixtisar etməyin” məzmunlu göstəriş və tapşırıqlarına baxmayaraq, artıq “Az-Granata” rəhbərliyi müəssisədə təxminən 50 faizədək ixtisaretmənin astanasındadır.Pravda.az

Şirkətin də mövqeyini dərc etməyə hazırıq