Azad edilmiş ərazilərdə ötən ay 108 mina aşkarlandıbackend

ANAMA işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlar barədə aylıq məlumat açıqlayıb.

ANAMA-dan “Yeni Gündəm”-ə bildirilib ki, dekabrın 1-dən 30-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 16 piyada əleyhinə mina, 92 tank əleyhinə mina və 555 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 419.2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.