“Azad medianı boğmağa çalışırlar” – Prezidentin köməkçisibackend

“ABŞ-ın radikal, şovinist erməni lobbi qruplarının Fransada TF1 heyətinə qarşı olduğu kimi “New York Times”a qarşı da hücumlarını və təhdidlərini qətiyyətlə pisləyirik. İfadə azadlığını / azad medianı boğmağa çalışırlar. Həmin reportajın bəzi hissələri ilə biz də razılaşmaya bilərik, lakin işlərinə hörmət edirik”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev tvitter səhifəsində yazıb.