Azad olunmuş ərazilərin yarısı mobil internetlə əhatə olunubbackend

İşğaldan azad olunmuş ərazilərin təxminən 52%-i mobil şəbəkə üzərindən internetlə əhatə olunub.

“Yeni Gündəm” xəbər verir ki, bunu “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktik konfransda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, qısa müddətdə ölkənin azad edilmiş ərazilərinin internetlə təmin olunması bir daha Azərbaycanın iqtisadi potensialından xəbər verir.

“Gələn ildən başlayaraq biz eyni zamanda sabit şəbəkənin də inkişafına kifayət qədər əhəmiyyətli vəsait yatıracağıq”, – nazir qeyd edib.