AZAL-dan xaricə səfər etmək istəyənlərə — AÇIQLAMAbackend

Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıb.

“Yeni Gündəm” azal-a istinadən xəbər verir ki, koronavirus pandemiyasının davam etməsi, habelə “Azərbaycan Hava Yolları” (AZAL) və “Buta Airways” aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar 2020-ci ilin 1 iyul tarixinədək (1 iyul daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

AZAL-dan verilən məlumata görə, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur. Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.