Azər Əliyev istefa verdibackend

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədr müavini Azər Əliyev istefa verib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə  Azər Əliyev özü məlumat verib.

O qeyd edib ki, “Atəşgah” Sığorta Şirkəti ilə yanaşı, həm İcbari Sığorta Bürosunundakı vəzifəsindən, həm də Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Azər Əliyev 2008-2015-ci illərdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədrinin müşaviri və İdarə heyətinin sədri vəzifələrini icra edib. O, həmçinin 2017-ci ildən yenidən “Atəşgah” SŞ-nin İdarə heyətinin sədri vəzifəsinə qayıtmış, 2019-cu ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifələrində çalışıb.

APA