Azər Həsrətin evi yandı – FOTObackend

Tanınmış jurnalist Azər Həsrətin Xaçmazın Dədəli kəndində yerləşən evi yanıb.

Bu haqda jurnalist özü məlumat verib.

O bildirib ki, evin birinci mərtəbəsi tamamilə yanıb:

“İllərdir Dədəlidə işıq qeyri-sabit verilir. Onun üzündən evlərdə müxtəlif cihazlar sıradan çıxır. Dünən də işıqla oynayıblar. Yanıb-sönmələr çox olub. Gərginlik sabit olmayıb. Bunun nəticəsində bizim evdə soyuducu alışıb. Mən çatanda ev artıq yanırdı. Qonşular sağ olsun. Köməkləşib söndürdük və yanğınsöndürən gələndə alovu lokallaşdırmışdıq artıq. Onlar əlavə tədbirlər gördülər, yanğın tam söndürüldü. Evin 1-ci mərtəbəsi təmiz zay olub. Mebellər yanıb. Divarlar, tavan dağım-dağımdır. Yanmayan yerlər də qapqara his içindədir. 2-ci mərtəbəni də hiss basıb, amma zərər dəymiş sayılmaz”.