“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC arasında məhkəmə çəkişməsi uzun müddətdir, davam edir.
“Yeni Gundem”-in xəbərinə görə, ASC-nin iddiası üzrə növbəti – üçüncü hazırlıq iclası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə sentyabrın 23-də keçiriləcək.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.
Xatırlatma: “AzInTelecom”un məsələ ilə bağlı yaydığı məlumatda qeyd olunur ki, “Azər-Türk Bank” ASC-nin məhkəmə iddiası ləğv edilmiş Məlumat Hesablama Mərkəzi (MHM) ilə bank arasında 2020-ci ildə imzalanmış müqavilə üzrədir.
Qeyd: MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizovdur.