Azər Zahid qazilərlə bağlı qalmaqallı görüntülərindən danışdı – “Hərəsinə 1000 dollara yaxın təxmini 1600 AZN pul vermişəm” VİDEObackend

Aparıcı Azər Zahidin qazi ilə sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.

Videoda aparıcı görmə məhdudiyyətli qaziyə zərf verərək “Sən onsuz da saya bilməyəcəksən” deyib.

Azərin bu sözləri sosial şəbəkə istifadəçilərini hiddətləndirib. Onlar aparıcının qazi ilə bu cür rəftarını qınayıblar. Baş verənlərlə bağlı BAKU.WS-ə açıqlama verən aparıcı sözügedən görüntülərin bütöv versiyası olduğunu, sadəcə o hissəni kəsib paylaşaraq onu nüfuzdan salmaq istəyən qruplaşmaların olduğunu qeyd edib:

“Videoda 3 qazi var. Mən onlara maddi yardım olaraq öz cibimdən hərəsinə 1000 dollara yaxın təxmini 1600 AZN pul vermişəm. Yayılan görüntülər həqiqəti əks etdirmir. O videonun uzun versiyası var. Sadəcə məni gözdən salmaq istəyənlər o hissəni kəsərək paylaşıb. “Sən onsuz da saya bilməyəcəksən” sözlərini dediyim qazinin xalası oğlu da orada idi. O məqsədlə dedim ki, yəni pulları xalan oğlu sayar”.