“Azəraqrartikinti” şirkəti təqaüdçülərə ərzaq bağlamaları göndərdibackend

Xalqımızın xeyirxahlıq və humanizm ənənələrinə uyğun olaraq bu çətin günlərdə respublikamızın müxtəlif qurumları tərəfindən yaşlı insanlara və aztəminatlı ailələrə həssaslıqla yanaşılır, onlara ərzaq,maddi və digər yardımlar göstərilir.

“Yeni Gündəm” xəbər verir ki, dövlətimizin bu qəbildən olan vətəndaşların sosial müdafiəsinin təmin olunmasına yönələn tədbirlərinə dəstək olaraq mayın 14-də “Azəraqrartikinti” ASC -nin rəhbərliyinin təşəbbüsü ilə uzun illər Səhmdar Cəmiyyətdə çalışmış və hazırda təqaüddə olan bir qrup sabiq işçilərin hər birinə 70 kq civarında bütün zəruri ərzaq məhsullarından ibarət bağlamalar çatdırılıb.
Onlarla səmimi şəraitdə keçən fərdi görüşlər zamanı bu günün reallığı olan koronavirus pandemiyasına mübarizə tədbirləri ilə bağlı dövlətimiz tərəfindən aparılan geniş miqyaslı işlər vurğulanıb, yüksək vətəndaşlıq məsuliyyəti ilə xüsusi karantin rejiminə və sosial özünütəcrid qaydalarına ciddi şəkildə əməl edilməsinin vacibliyi qeyd olunub.
Ziyarət olunan təqaüdçülərdən Tatyana Andreyeva, Əlisəfa Məlikov, Zöhrə Ağabəyova və başqaları bu ağır günlərdə onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.