“Azəravtoyol”da şöbə rəisi tutulur, qurumun sözçüsü “məlumatsızdır” — Anar Nəcəfli harada işlədiyindən məlumatlıdırmı?!backend

Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin əməliyyat qrupu Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də əməliyyat-axtarış tədbirləri aparıldığı dair məlumatlar yayılıb.

Məlumata görə, əməliyyat çərçivəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlunun saxlanıldığı bildirilib. Baş Prokurorluğun Mətbuat Xidmətindən əməliyyatın keçirilməsi barədə məlumatı təsdiqləyib. Bir neçə gün öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də keçirdiyi əməliyyat zamanı MMC-nin vəzifəli şəxslərinin göstərişi ilə respublikanın magistrial yollarında hərəkət edən yük avtomobillərinin sürücülərindən qeyri-qanuni vəsaitlər yığılması və bunun əvəzində nəqliyyat vasitələrinin normadan artıq yük daşınması hallarına göz yumulduğuna dair məumatlar da öz əksini tapıb.

Hər iki məsələyə münasibət öyrənmək üçün Demokrat.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. Qurum rəsmisi bu məsələyə münasibət bildirməkdən yayınıb. O, bu barədə məlumata sahib olmadığını, məsələ ilə bağlı məlumatları Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsindən öyrənməyi tövsiyə edir. Göründüyü kimi, dövlət qurumunun sözçüsü ona ünvanlanan suala cavab vermək əvəzinə suallımızı digər quruma ünvanlamağımızı məsləhət görür.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev hər zaman xüsusi olaraq vurğulayıb ki, “jurnalistlər mənim köməkçilərimdir, dostlarımdır”. Bu zaman sual yaranır: “Siz prezidentin dostlarının suallarını cavabsız qoyursunuz?”. Bəzi dövlət qurumlarının mətbuat katibləri bunu nəzərə alsa yaxşı olar. Halbuki, bütün mətbuat xidmətləri məhz KİV-lə işləmək üçün təyin ediliblər.

Sirr deyil ki, hər bir dövlət qurumunun görünən üzü onun sözçüsüdür. Jurnalistlər hansısa məlumatı dəqiqləşdirmək istədikdə, ilk müraciət etdikləri ünvan da məhz ictimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətləri olur. Hər bir mətbuat xidmətinin rəhbəri təmsil etdiyi qurumun güzgüsüdür. Onların özünü necə aparmasından həmin qurumun hansı səviyyədə fəaliyyət göstərməsini açıq-aydın görmək olar. Çox təəssüf ki, bəzi dövlət qurumlarında, nazirlik və idarələrdə ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərləri öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmirlər, öhdəlikləri olduğu halda jurnalistlərin söz və məlumat azadlığı bir çox hallarda təmin olunmur.