Azərbaycan 2 ermənini xilas etdibackend

Azərbaycanın Xocalı rayonunun (keçmiş Əsgəran) Pirlər kəndindən olan Ademnik Ambartsumyan və Ramid Xaçatryan adlı şəxslərin itkin düşdüyü müəyyən olunub.

Axar.az xəbər verir ki, bu barədə məlumat əldə edən Rusiya sülhməramlıları Azərbaycan Ordusuna sorğu verib. Məlum olub ki, sözügedən şəxslər Azərbaycan Ordusunun nəzarət etdiyi yerdə saxlanılıblar.

Sülhməramlıların komandanlığı və Azərbaycan tərəfi arasında aparılan danışıqlar nəticəsində hər iki şəxs təhvil verilib və Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus təyyarə ilə İrəvana aparılıblar.