“Azərbaycan antiterror əməliyyatı keçirməlidir” – Deputatbackend

Ötən iki il ərzində dəfələrlə şahidi olduq ki,nə zaman Azərbaycan və Ermənistan sülhə yaxınlaşır həmin ərəfədə təxribatlar törədir.Bu təxribatlar bilərəkdən olur və yaxud revanşistlərin ideyası və ya başqa güclərin maraqları var bunu tam demək çətindir.İstənilən halda reallıq ondan ibarətdir ki,ermənilər təxribatlar törədib sülh istəmirlər.Təxribatlar nəticəsində çox təssüflər olsun ki,itkilərimiz olur.Əlbəttə Azərbaycan Ordusu təxribatların qarşısını rəşadətlə alır.Qisasımız hər dəfə alınır.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili hesab edir ki, təxribatları törədənlər öz səhvlərini etiraf etməlidirlər:

“Biz sülh istəyirik.Biz yenidən müharibə istəmirik.Ermənilərin bu dəfə ki,təxribatı onu deməyə imkan verir ki,Qarabağda olan separatçılar sülhü istəmirlər.Vəziyyəti öz xeyrinə dəyişmək istəyirlər.Avropa İttifaqı missiyasının şərti Azərbaycan-Ermənistan sərhədində nəzarət prossesinə başlamaları erməniləri gücləndirib.Öz ərazilərimizdəki təxribatların qarşısını almışıq və bundan sonra da  alarıq.Cinayətləri törədənlər öz səhvlərini etiraf etməlidirlər.Ermənistanın müharibəyə başladığı sübut olunarsa,Azərbaycan rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə antiterror əməliyyatı keçirməlidir.Rus sülhməramlıların birbaşa iştirakı ilə separatçıların torpaqlarımızdan çıxarılmasına nail olmalıdır.Qarabağda yaşayan erməni icmasının reinteqrasiyası davam etdirilməlidir”,-deyə Millət vəkili qeyd edib.

Fərahim Rəhimov