“Azərbaycan başqa ölkələrin daşımaçılarından tələb etmədiyi 2500 dolları türkiyəli sürücülərdən alır” – NARAZILIQbackend

“Türkiyənin ana müxalifət liderinin Mersin şəhərində TIR sürücülərilə keçirdiyi görüşdə Azərbaycana yönəlik narazılıqlar səslənidirilib. Əsas arqument bu olub ki, Azərbaycan başqa ölkələrin daşımaçılarından tələb etmədiyi 2500 dolları türkiyəli sürücülərdən alır. Narazılıqlardan biri də bu olub ki, Rusiya tərəfi sürücülərin Gürcüstan sərhəd qapısından imtina edib Azərbaycan marşuturutunu seçməsini istəyir. Azərbaycan rəsmilərinin bu məsələ ilə bağlı mövqe bildirməsi çox önəmlidir. Çünki Azərbaycan regionda aparıcı tranzit ölkə olmağa iddialıdır və bunun üçün nəqliyyat-logistika infrastrukturuna 100 milyonlarla dollar sərmayə yatırır. Üstəlik, Türkiyə kimi Azərbaycan üçün son dərəcə önəmli bir tərəfdaşla münasibətlərdən söhbət gedir”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu ekspert Rövşən Ağayev bildirib.

“Nəzərə almalıyıq ki, Gürcüstan Rusiya ilə sərhəddə (Yuxarı Lars marşurutunda) qışda yaranan problemləri həll etmək üçün yeni layihəyə start verib. Dəyəri 400 mln. dollar olan, yaxın 3 ildə istifadəyə veriləcək 23 km-lik yeni yol və onun tərkib hissəsi kimi 9-km-lik tunel qış aylarında qar uçqunu təhlükəsilə bağlanan,  Quduaridən keçən marşurutun istiqamətini dəyişərək daha təhlükəsiz edəcək. Bu halda Türkiyə TIR-ları üçün Gürcüstan marşurutunu seçmək daha sərfəli olacaq. Çünki Azərbaycan marşurutununun uzunluğu 900 km-ə yaxın olduğu halda, Yuxarı Lars xəttilə həmin məsafə 550 km təşkil edir. Belə rəqabət şəraitində Azərbaycan yalnız sərfəli iqtisadi şərtlərlə uduşliu mövqe qazana bilər.

Hər halda rəsmi əsaslandırmanı eşitmək maraqlıdır” – R.Ağayev qeyd edib.