“Azərbaycan çempionatında oyunun səviyyəsinə təəccübləndim” – Beqoviçbackend

“Qarabağ”dakı karyeram maraqlı alındı. Çünki orada Avropa futbolu var idi. Avropa Liqasında yüksək səviyyədə oyunlar keçirdik”.

“Yeni Gündəm” xəbər verir ki, bu fikirləri İngiltərənin “Bornmut” klubunda çıxış edən “Qarabağ” klubunun sabiq qapıçısı Asmir Beqoviç “Daily Echo” nəşrinə açıqlamasında deyib.

34 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının səviyyəsi barədə də danışıb: “Liqa haqqında bacardığım qədər məlumat toplamağa çalışdım. Məni təəccübləndirən bu çempionatdakı oyun səviyyəsi idi. Əsas rəqibimiz “Neftçi” ilə möhtəşəm oyunlar keçirdik. Komanda ilə çempion oldum və ölkə kubokunda yarımfinala qədər irəlilədik. Bunu yaşamaq çox xoş oldu. Avropa Liqasında oynamaq da heyrətamizdir.
Bakıda İspaniyanın “Sevilya” və Kiprin APOEL komandalarına qarşı dolu tribunlar önündə çıxış etdik. Təxminən 30 min azarkeş var idi. Həqiqətən möhtəşəm idi”.

Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümün ilk hissəsini icarə əsasında “Qarabağ”da keçirib.

Report.az