Azərbaycan çempionu vəfat etdibackend

Bakının “İnter” (hazırkı “Keşlə”nin) klubunun sabiq baş məşqçisi Valentin Xodukin vəfat edib.

“Yeni Gündəm”-in məlumatına görə, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, ukraynalı mütəxəssis 81 yaşında dünyasını dəyişib. Avqustda koronavirusa yoluxan məşqçiyə sabiq futbolçuları yardım kampaniyası başlatmışdılar.

Qeyd edək ki, 2006-2009-cu illərdə ölkəmizdə “İnter”i çalışdıran Valentin Xodukin 2007/08 mövsümündə Azərbaycan çempionu adını qazanan ilk əcnəbi baş məşqçi olub.Apasport