“Azərbaycan da adekvat cavab məqsədilə təlim keçirdi”backend

Əsas məqam bundan ibarətdir ki, İran Azərbaycan sərhədində təlimlər keçirəndə Azərbaycan da adekvat cavab məqsədilə təlim keçirdi. Bu gün qış mövsümünə uyğun olaraq həm dağ, həm də səhra şəraitində Azərbaycan-Türkiyə birgə təlimləri də müvafiq plan üzrə gedir.

Bu sözləri “Yeni Gundem” –ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib.

Azərbaycan və Türkiyə hərbi təlimlərindən danışan deputat sözlərinə belə davam edib:

Prezident İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib:”Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, Türkiyə ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada Türkiyə ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”.
Azərbaycan ordusu dünyanın reytinq cədvəllərində layiqli yerə sahiblənib. Azərbaycan dövlətə və dövlətçiliyə qarşı təhdidlərə qarşı daim öz hərbi sistemini təkmilləşdirir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanla Türkiyənin birgə hərbi tədbirlərinin əsas məramı Silahlı Qüvvələrimizin Türkiyə standartına keçidi və milli kadr potensialının təkmilləşdirilməsinə xidmət edir”

Fərahim RƏHİMOV