“Azərbaycan Dəmir Yolları” QSC Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdibackend

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

QSC-dən “Yeni Gündəm”-ə bildirilib ki, Azərbaycan dəmiryolçuları Silahlı Qüvvələrə Yardım Fondunun vəsaitlərinin artırılması təşəbbüsünü vətəndaşlıq borcu hesab edərək əməkhaqları hesabına fonda 743 min manat vəsait köçürüblər.

Rəşadətli Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün təmin olunması naminə erməni işğalçıları üzərində qazanmaqda olduğu möhtəşəm zəfərlər bütün xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla hamımıza qələbə sevinci bəxş etməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Ordumuza daim xüsusi diqqət və qayğı göstərilərək onun ən yüksək səviyyədə təchizatı təmin edilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin çoxsaylı kollektivi ölkəmizin müdafiəsinin təmini işində səfərbər olmaqla qarşısında qoyulan vəzifələrin məsuliyyətini dərk edir, Ali Baş Komandanın ətrafında sıx birləşərək cəbhədə strateji tapşırıqların icrasına hər an hazır olduğunu qətiyyətlə bəyan edir.
Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Prezident İlham Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.
Azərbaycan dəmiryolçuları Vətən müharibəsində böyük qələbələr əldə edən qəhrəman əsgərlərimizlə qürur duyur.

Qarabağ Azərbaycandır!