“Azərbaycan Dəmir Yolları” QSC : Texniki nasazlıq aradan qaldırılıbbackend

Bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibi Natavan Bayramovanın “Yeni Gundem” e verdiyi açıqlamada bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnib:

“Yaranmış nasazlıq nəticəsində​ Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında​ 23-42 dəqiqə arası dayanmalı olub.

Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir.

“Azərbaycan Dəmir Yolları” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir”.