Azərbaycan əhalisinin sayı açıqlandıbackend

Ölkə əhalisinin sayı ilin əvvəlindən 16 139 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyun ayının 1-i vəziyyətinə 10 135 272 nəfərə çatıb.

Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.