Azərbaycan əhalisinin sayı açıqlandıbackend

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Bu barədə “Yeni Gundem”-ə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Belə ki, ölkə üzrə əhalinin sayı ötən ilin əvvəlindən 58 679 nəfər və ya 0,6 faiz artaraq 2022-ci il dekabr ayının 1-i vəziyyətinə 10 215 045 nəfərə çatıb.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib.