Azərbaycan əldə etdiyi tarixi qələbəni möhkəmləndirməyə nail oldu – DEPUTATbackend

“Dünya Azərbaycanlılarının V Zəfər Qurultayının Şuşada keçirilməsi böyük tarixi bir əhəmiyyətə malikdir”.

Bu sözləri açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Qurultayının Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 2001-ci ildə keçirilib: “Bu qurultaya kimi 4 qurultay keçirilib və hər qurultayda da qeyd olunurdu ki, vaxt gələcək torpaqlarımızı işğaldan azad edəcəyik və bu torpaqlarda Dünya Azərbaycanlılarının Qurultayını keçirəcəyik. Prezident İlham Əliyev hər zaman qeyd edirdi ki, biz heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Beləliklə, 2020-ci ildə 44 günlük Vətən müharibəsində dövlət başçısının siyasi iradəsi nəticəsində Azərbaycan döyüş meydanında düşməni darmadağın edərək işğala son qoydu.

Vətən müharibəsi bitdikdən sonra da Azərbaycan döyüş meydanında əldə etdiyi tarixi qələbəni diplomatik müstəvidə də möhkəmləndirməyə müvəffəq oldu”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayı adlandırıldı: “Cənab Prezident qurultayda çıxış edərkən bildirdi ki, məhz biz diplomatik və informasiya sahəsində biz hər zaman mənfur düşmənlərimizə qarşı mübarizəmizi davam etdirməli və dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq ki, məhz Ermənistan hər zaman xalqımıza qarşı soyqırımlar törədiblər. Beləliklə Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayı böyük tarixi əhəmiyyətə malik bir hadisədir”.