“Azərbaycan haqlı tərəfdir” – Deputatbackend

Son günlər xüsusən,martın əvvəllərindən başlayaraq Qarabağ İqtisadi rayonunda qeyri-qanuni silahlı dəstələri tərəfindən müxtəlif təxribat əməllərinə yol verilib.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

O vurğulayıb ki, bütün bunlar onu göstərir ki,Azərbaycan haqlı tərəfdir:

“Ən sonuncu təxribat Laçın dəhlizindən yan keçərək torpaq yolundan istifadə olunub və silah-sursat daşınıb.Azərbaycan Ordusu qeyri-qanuni faktı aşkar edib və müvafiq tədbir görüb.Əgər həqiqətən də Laçın dəhlizi humanitar məqsədlər üçün istifadə edilirsə,o zaman heç bir problem yoxdur”,-deyə o qeyd edib.

Fərahim Rəhimov