Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail olubbackend

Sentyabrın 27-də ermənilərin torpaqlarımızı müxtəlifistiqamətlərdən atəşə tutması və buna ordumuzun adekvat cavabı ilə başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə sona çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanınkapitulyasiyası ilə nəticələndi. Bu dövrdə Azərbaycanordusu düşmən işğalında olan ərazilərimizi azad etdi.Bütün xalq ordumuzdan xəbər, axşamlarıprezidentimizdən tvitlər gözləyirdi.Qəhrəmandöyüşçülərimizin fədakarlqları sayəsində 300-ə yaxınkənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklərazad olundu. Həmçinin düşmənin əksər texnikası məhvedildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Bu düşmənüçün ağır nəticə idi.Azərbaycan Dağlıq Qarabağınmədəniyyət mərkəzi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdükapitulyasiyayaməcbur etdi.10 Noyabr tarixi Azərbaycan tarixində Şanlı Qələbənin tarixi kimi iz saldı.Danışıqlar prosesindəAzərbaycanın əzəli və əbədi torpaqlarının qeyd şərtsiz geri qaytarılması təklifini birmənalı rədd edən və işğalçılıq əməllərindən qalmayan Ermənistan nail olmaqistədiklərinin heç birini əldə edə bilmədi, DağlıqQarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, onların xülyaları, DağlıqQarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. 30 illik sülh danışıqları prosesindəermənipərəst dövlətlər tərəfindən Ermənistanınmaraqlarının təmin edilməsinə cəhdlərolunurdu.Danışıqların heç bir nəticə vermədiyini gördükdə isə təbii ki, hər bir Azərbaycan vətəndaşı məyus olurdu, ümid də azalırdı. Son çıxış yolu isə hərbidi və Şanlı Azərbaycan Ordusu bu böyük missiyanışərəflə yerinə yetirdi. Azərbaycan Prezidenti yeni reallıqyaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, DağlıqQarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir.Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyibarədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyübərpa olundu.Azərbaycan Prezidenti status-kvonudəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir.Müharibə dövründə çoxlu sayda itki verən erməni tərəfi 3 dəfə atəşkəs əldə edilməsitəklifini versəatəşkəsi yenə onlar pozmuş, dincinsanlara xasarət yetirmişlər. Bu atəşkəslər onların gizli planları, vaxt qazanmaları üçün irəli atılan hiylələr idi və baş tutmadı.Azərbaycan Prezidenti status-kvonu dəyişdivə bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycandiktə edir. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və RusiyaFederasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsindəyaranmış reallığa uyğun hazırlanıbErmənistanınkapitulyasiya aktıdır. Müharibə dövründə çoxlu sayda itki verən erməni tərəfi 3 dəfə atəşkəs əldə edilməsi təklifiniversəatəşkəsi yenə onlar pozmuş, dinc insanlara xasarət yetirmişlər. Bu atəşkəslər onların gizli planları, vaxt qazanmaları üçün irəli atılan hiylələr idi və baş tutmadı. Azərbaycan xalqının birliyi, döyüşçülərimizinvətənə olan məhəbbətləri torpaqlarımızın işğaldan azad erdilməsi kimi şərəfli bir yolda yalnız zəfərə doğru irəliləməsinə yol açdı. Tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər. Rusiyasülhməramlıların fəaliyyət coğrafiyasıfəaliyyətqaydaları Azərbaycanla razılaşdırılaraq müəyyən edilib, yəni onlar ermənilərin bizim torpaqlardan çıxarılmasınıtəmin edəcək.Sülhməramlıların gəlişi Ermənistan hərbibirləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbiçilərinin regionda qalmasını istisna edir. Bu proses çərçivəsində Naxçıvanda blokadadan azad olunması bizim qələbəmizin növbətihissəsidir. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla əlaqəninolmaması böyük çətinlikləryaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsiyaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın SərhədXidməti tərəfindən təmin olunur. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Həttaişğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə

nəyəsə təminat vermək iqtidarına malik deyil.Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzinyaradılmasıdır. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir. Hər zaman bir-birinə dəstək olan, böyük əməkdaşlıqdostluq telləri ilə bir-birinə bağlı olan iki dövlətin sarsılmaz iradəsi qələbəmizə böyüktəkan verdi. Və müharibə dövründəAzərbaycanınyanında olan Türkiyə mərkəzdə təmsil olunur. Türkiyəhərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağməsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarındanbirinə çevrildi. Bu o deməkdir ki, artıq özlərini həmsədr dövlət kimi göstərib birtərəfli mövqe tutran dövlətlərbizim işlərimizə qarışa bilməyəcək. Getsinlər bundan sonra Ermənistanla əlaqələr yaratsınlar, hətta öz torpaqlarından pay versinlər, çünki ermənilərə çoxqəlbdən yanaşırdılar.Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur, tamamilə süquta uğrayır. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.Laçın dəhlizində təhlükəsizliyintəminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət SərhədXidməti Azərbaycanın bütün sərhədlərində vətənin keşiyini çəkə biləcək.Laçının tam azad edilməsindənsonra Dövlət Sərhəd Xidməti Azərbaycanın ümumiuzunluğu 3360 km. Olan bütün su və quru sərhədindəvətənimizin keşiyini çəkə biləcək.Ermənistan özünün məğlub və darmadağın olmuş silahlı qüvvələrininqalıqlarını çıxarmaq öhdəliyini götürdüyünə görə sülhməramlı qüvvələrin vəzifəsi oradakı mülki ermənilərAzərbaycan silahlı qüvvələri arasındakı hər hansı insidentin qarşısını almaq olacaq.Bəzi Qarabağerməniləri Azərbaycan vətəndaşlığını qəbul edərək, Qarabağda yaşamağa hazırdırlar. AzərbaycandanNaxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. Qısa müddət ərzində Azərbaycandövləti işğaldan azad olunmuş bölgələrimi zin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayacaq, kommunikasiya və s. İmkanlar genişləndiriləcək. İqtisadi inkişaf proqramlarıreallaşacaq, yollar abadlaşacaq, sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılacaq. Bundan sonra işğaldan azad edilmiş hər tarixi torpağımızda azan səsləri eşidiləcək. Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkənibir- birinin ardınca böhranlara və fəlakətə sürükləyir. Bu xalqın lideri yoxdur, ötən illər ərzində özlərinin seçdikləridövlət başçıları ölkəni inkişafa aparmayıb, yalnız işğalçılıq, məkrli planları həyata keçirməklə məşğilolublar. Elə buna görə də orda insanların həyat tərziaşağı səviyyədədir. Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyəmalik deyil, onlar erməni xalqının yox, sırf xariciqüvvələrin maraqlarına xidmət edirlər. Ermənistanhazırda vətəndaş müharibəsi ərəfəsindədir, ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Baş nazirin evi canlı yayımda qarət edilib.Ədalət isə həmişə qalib gəlir.

Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri

Ələkbər Həsənov