Azərbaycan hərbçiləri Amaras monastrından qondarma bayrağı sökdürdübackend

Azərbaycan hərbçilərinin təkidi ilə Xocavənd rayonunda yerləşən Maçkalaşen kəndindəki Amaras monastrının üzərindən qondarma qurumun bayrağı götürülüb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Maçkalaşen icmasının rəhbəri Lernik Avanesyana istinadən yazıb.

İcma rəhbərinin sözlərinə görə, azərbaycanlı hərbçilərin tələbindən sonra rus general erməni hərbçilərdən qondarma rejimin bayrağını endirməyi istəyib.

Daha sonra isə hərbçilərimiz Amaras monastrına Azərbaycan bayrağını asıb.